“Onun yoxluğu bu gecə "Viktoriya"ya problem yarada bilər"

23 Avqust 2022 18:50 Problem 747
“Onun yoxluğu bu gecə "Viktoriya"ya problem yarada bilər"

“Heyda əla keyfiyyətlara sahib əsl liderdir. Təbii ki, onun kapitan olması bunu göstərir.

Hər kəs əvəz edilə bilər, amma mənim üçün Heyda uzun müddətdir ki, standartdan yuxarı oyunçudur.

Beləliklə, onun yoxluğu "Viktoriya" üçün bir az problem yarada bilər. Amma ümid edirəm ki, komanda onu əvəz edə və irəliləyə biləcək".

Sportinfo.az xəbər verir ki, bu sözləri Çexiya millisinin sabiq üzvü Milan Fukal "Viktoriya"nın Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi ölkəsinin mətbuatına açıqlamasında deyib.

O, daha sonra Lukaş Heyda ilə bağlı bildirib: "Onun yoxluğu ən çox müdafiə xəttində özünü göstərəcək. Belə yerdə komanda yoldaşlarının böyük hörmət bəslədiyi Novotnı yadıma düşür. Heydada da vəziyyət belədir. Komanda yoldaşları ona arxalana bilərlər. Heç kimin oyun bacarığını aşağı salmaq istəmirəm. Ancaq Heyda “Viktoriya”nı təşkil edən vacib halqalardan biridir və bu matçda oynamayacaq".

Heyda sarı vərəqə limitindən "Qarabağ"la cavab görüşünü buraxacaq.

Oyun bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti