"Kəpəz"in iki legioneri "Qəbələ"yə qarşı meydana çıxmayacaq

20 Avqust 2022 01:00 Problem 659
"Kəpəz"in iki legioneri "Qəbələ"yə qarşı meydana çıxmayacaq

"Kəpəz"in zədəli futbolçuları Yeqor Xvalko və Mixeil Erqemlidzenin müalicəsi davam edir.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Xvalkonun topuq və daban nahiyəsində ağrılar var.

Erqemlidzenin isə körpücük sümüyü əzilib. Zədə səbəbindən onlar "Qəbələ"yə qarşı görüşü buraxacaqlar.

Hər iki futbolçu "Neftçi" ilə oyunda (2:5) zədələnərək əvəzləniblər.

Avqustun 21-də baş tutacaq "Kəpəz" - "Qəbələ" oyunu saat 18:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti