"Qarabağ"la cavab matçına ciddi itki ilə çıxacaqlar

18 Avqust 2022 23:20 Problem 5 149
"Qarabağ"la cavab matçına ciddi itki ilə çıxacaqlar

"Viktoriya" Çexiyada "Qarabağ"la qarşı Çempionlar Liqası pley-off mərhələsinin cavab matçına ciddi itki ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, Plzen təmsilçisinin kapitanı Lukaş Heyda cəzalı duruma düşüb.

32 yaşlı mərkəz müdafiəçisi ilk matçda (0:0) sarı vərəqə alıb. Beləliklə, bu mövsüm 3-cü dəfə "saralan" futbolçu bir oyunu buraxmalı olacaq.

"Viktoriya" - "Qarabağ" oyunu avqustun 23-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti