HADİSƏ: Əksər biletlər "qara bazar"a çıxdı – Dəyərindən dəfələrlə baha satılır: VİDEO+FOTO

14 Avqust 2022 17:40 Problem 933
HADİSƏ: Əksər biletlər "qara bazar"a çıxdı – Dəyərindən dəfələrlə baha satılır: VİDEO+FOTO

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ”- “Viktoriya” matçına bilet almaq istəyən azarkeşlər problemlə üzləşiblər.

Buna səbəb onlayn biletin satışını təşkil edən "İticket" saytının çökməsi olub.

Qarşılaşmaya marağın həddindən artıq böyük olması və eyni anda minlərlə azarkeşin bilet almaq cəhdi sayta girişə problem yaradıb..

Belə ki, sayta daxil olan azarkeşlər bilet əldə edə bilmirlər. Bununla bağlı sosial şəbəkələrdə kütləvi statuslar paylaşılır.

Yüklənmə üzündən saytda onlayn bilet satışı müvəqqəti olaraq bir neçə saat dayandırılıb. Saytda yaranan probelmə görə azarkeşlər səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassaları önündə növbə yaradıb.

Daha sonra qarşılaşma üçün nəzərdə tutulan biletlərin əksəriyyəti satılıb.

Amma necə! Biletlərin əksəriyyəti «qara bazar»la iş görənlərin əlinə keçib. Və onu buradan dəyərindən 3-4 dəfə baha qiymətə almaq mümkündür.

Klub rəsmi açıqlamada biletlərin qiymətini müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat göstərib.

Avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti