“Məni və ailəmi davamlı olaraq şantaj etdilər, müqaviləmi pozdum”

13 Avqust 2022 18:40 Problem 532
“Məni və ailəmi davamlı olaraq şantaj etdilər, müqaviləmi pozdum”

Məşhur braziliyalı futbolçu Villian 2021-ci ildən oynadığı "Korintians"dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı hücumçu bu barədə özü açıqlama yayıb.

O, ünvanına gələn şantajlar səbəbindən müqaviləsini ləğv etdiyini bildirib:

"Bu gün "Korintians"la vidalaşıram. Kluba mənə bu formanı yenidən geyinmək fürsəti verdiyinə görə təşəkkür edirəm.

Məni dəstəkləyən azarkeşlərə minnətdarlığımı bildirirəm. Təəssüf ki, ailəm və mən davamlı olaraq şantaj edildiyimizə görə həm klub, həm də mənim üçün daha yaxşı olacağını düşünərək müqaviləmi ləğv etdim. "Korintians"a uğurlar arzulayıram".

Villian karyerası ərzində "Çelsi", "Arsenal" kimi komandalarda oynayıb. O, 2006-2007-ci illərdə də "Korintians"ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti