Braziliyalı müdafiəçi “Qarabağ”a qarşı meydana çıxmağa hazır deyil

9 Avqust 2022 00:30 Problem 636
Braziliyalı müdafiəçi “Qarabağ”a qarşı meydana çıxmağa hazır deyil

"Ferentsvaroş"un futbolçusu Henri Vinqo Macarıstanda "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununu da buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Budapeşt təmsilçisinin baş məşqçisi Stanislav Çerçesov açıqlama verib.

Rusiyalı mütəxəssis bildirib ki, kollektiv məşqlərə yenicə başlayan 27 yaşlı braziliyalı müdafiəçi hələlik meydana çıxmağa hazır deyil:

"Ümid edirəm ki, növbəti çempionat oyunu üçün hazır olacaq. Rayan Mmae də səfər matçından əvvəl siyahıda id. Amma pandemiya ilə bağlı Azərbaycana giriş qaydalarına görə bizimlə ilk oyuna gələ bilmədi.

Sabah ehtiyat oyunçular skamyasında olacaq və inanıram ki, bizə kömək edə biləcək.

Mats Knuster komanda ilə ilk dəfə bazar günü məşq edib. Onun da vəziyyəti Mmae ilə oxşardır".

Avqustun 9-da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Digər Xəbərlər
Xəbər Lenti