"Dinamo"nun baş məşqçisi Mahirdən nə gözləyir?

5 Avqust 2022 01:10 Problem 860
"Dinamo"nun baş məşqçisi Mahirdən nə gözləyir?

"Emrelini tezliklə meydanda görə bilərik".

Sportinfo.az xəbər verir ki, bunu "Dinamo"nun (Zaqreb) baş məşqçisi Ante Çaçiç əvvəlki zədəsini yeniləyən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumu barədə yerli mətbuata açıqlamasında deyib.

69 yaşlı mütəxəssis 25 yaşlı hücumçunun müalicəsinin davam etdiyini bildirib:

"Artıq müalicənin diaqnostika mərhələsi tamamlanıb. O, tam hazır olmasından ötrü maksimum səy göstərir".

Mahir Emreli "Dinamo"nun evdə "İstra 1961" komandasını 4:1 hesabı ilə məğlub etdiyi ölkə çempionatının III tur matçından sonra zədələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti