“Turan” rəsmisi ictimaiyyətə səsləndi: “Həm maddi, həm də mənəvi...”

1 Avqust 2022 16:40 Problem 898
“Turan” rəsmisi ictimaiyyətə səsləndi: “Həm maddi, həm də mənəvi...”

Futbolun İnkişaf Fondu və “Turan Tovuz” futbol klubu 2022/2023-cü illər mövsümü üçün limitli sayda mövsümi biletləri təqdim edib.

500 ədəd satışa çıxacaq biletin birinin qiyməti 59 AZN təşkil edir. Mövsümi bilet əldə edən şəxslərə klubun atributları da təqdim olunacaq.

Klubun mətbuat katibi Süleyman Tağıyev komandaya dəstək olmaq üçün azarkeşlərə çağırış edib:

“9 illik Premyer Liqa həsrətimiz sona çatır. Klub olaraq azarkeşlərimizin bunu necə həsrətlə gözlədiyini yaxşı bilirik.

Məlumdur ki, azarkeşlərimiz daim bizim yanımızda olub, pis gündə də yaxşı gündə də həm maddi, həm də mənəvi dəstəklərini əsirgəməyib. İndiki halda komandaya mənəvi dəstəklə yanaşı maddi dəstək də lazımdır.

İlk layihə olan mövsümü bilet satışına start veririk. 59 AZN təşkil edən mövsümi bilet əldə edənlərə xüsusi hədiyyələr də təqdim olunacaq.

Bütün azarkeşlərimizi bu kampaniyada fəal iştirak etməyə çağırıram. Komandamıza dəstək olaq, yeni tarixi birlikdə yazaq”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti