"Neftçi"nin rəqibi problemlə üzləşdi - Bakı səfəri öncəsi

1 Avqust 2022 14:20 Problem 1 656
"Neftçi"nin rəqibi problemlə üzləşdi - Bakı səfəri öncəsi

"Neftçi"nin Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan "Rapid" problemlərlə üzləşib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı hücumameyilli yarımmüdafiəçi Patrik Qrayl "Austriya" (Klagenfurt) ilə II tur matçının 57-ci dəqiqəsində meydanı tərk etməli olub.

Qrayl oyun başa çatdıqdan sonra bud nahiyəsində ağrı hiss etdiyini bildirib. MRT müayinəsindən sonra onun zədəsinin ciddilik dərəcəsinə aydınlıq gələcək.

"Neftçi" "Rapid"ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti