Şahruddin "Qarabağ" karyerasına belə davam edəcəksə...

30 İyul 2022 17:40 Problem 4 643
Şahruddin "Qarabağ" karyerasına belə davam edəcəksə...

“Qarabağ” Çempionlar Liqasında mübarizəni uğurla davam etdirir.

Komandamız Polşa və İsveçrə çempionlarını mübarizədən kənarlaşdıraraq üçüncü mərhələyə yüksələ bilib.

Hər halda adı çəkilən hər iki ölkənin çempionun sıradan çıxarmaq sıradan bir uğur deyil. Buna görə də “Qarabağ” hər nə qədər tərif desək, yenə azdı.

Amma səhvlər də yox deyil. Xüsusilə müdafiə xətti ilə bağlı. Elə götürək son oyundakı birinci qolu. Maksim Medvedevin avtaqolundan sonra erkən qol buraxdıqsa, bütün oyun planları da sözsüz ki, dəyişmiş oldu.

Avtaqol hər futbolçunun başına gələ bilər. Hətta dünya səviyyəli müdafiəçilərin belə. Burda ən böyük əmma Maksimlə qapıçı Şahruddin Məhəmmədəliyev arasında olan rabitənin yoxluğudur.

Uzun illərdi eyni millidi, eyni klubda birgı çıxış edən, böyük Avropa təcrübəsi olan iki futbolçu belə anlaşılmazlığa yol verməməlidir. Həmin epizodun eynisi Bakıdakı matçda da yaşanmışdı. Sadəcə onda Şahruddin öz səhvini son anda düzəldə bilmişdi.

Bəli, Maksimin yox, öz səhvini. Əslində hər iki matçda oxşar səhvdən sonra hamımız Maksimi qınamışdıq. Hətta dönüb qapıçısına etiraz edəndə çoxumuz “əşşi səhv sənindi, hələ bir irad da bildirirsən” deyə qınamışdıq. Çünki "Şah"ın çıxışda səssiz qalması ağlımızdan da keçməzdi.

Amma təcrübəli qapıçı xarici mətbuata açıqlamasında məlum epizodla bağlı “Düzünü desəm, topa çıxanda qışqırmadım. Maksimin topu buraxacağını düşünürdüm. Çünki arxasında mən idim. Eybi yox, oldu keçdi” – deyə şərh verib.

Hamımız bilirik ki, qapıçılar üçün ən sadə xarakterik xüsusiyyət var – Çıxışda hər zaman “mən” deyə səs edirlər. Hətta qolkiperlər buna o qədər aludə olur ki, cərimə meydançasında heç kim olmayanda, məşqdə belə hər çıxışda bu sözü işlədirlər.

Amma Şahruddin kimi təcrübəli sima belə əhəmiyyətli matçda, təhlükəli hücumda “Maksimin topu buraxacağını düşündüm” deyir.

Ay “Şah” bura Çempionlar Liqasıdırsa, burda belə məsuliyyətsizliyə yer yoxdur. Bakıda bağışlandınsa, Sürixdə qolla cəzalandın, növbəti dəfə bunun acısını mərhələ ilə ödəyə bilərik.

Ona görə də çətin epizodlarda komandanı dəfələrlə qoldan xilas etdiyin kimi, belə sadə epizodlara da bir qədər ciddi və məsuliyyətli yanaşsan yaxşı olar.

Əks halda, elə indiki kimi “partlamağa hazır mərmi”, “etibarsız qolkiper” kimi ləqəblərlə karyeranı davam etdirməyə məhkum olacaqsan.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti