"Qarabağ"ın kapitanı Maksim Medvedev zədələnib.
Sportinfo.az xəbər verir ki, 33 yaşlı müdafiəçi İsveçrədə "Sürix"ə qarşı keçirdikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda sıradan çıxıb.
Medvedevin yerinə 90-cı dəqiqədə meydana Bəhlul Mustafazadə daxil olub.

