"Sürix"in müdafiəçisi bu gecə "Qarabağ"la oyuna çıxmayacaq

27 İyul 2022 15:10 Problem 716
"Sürix"in müdafiəçisi bu gecə "Qarabağ"la oyuna çıxmayacaq

"Sürix"in futbolçusu Beçir Omeraqiç İsveçrədə "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununu buraxacaq.

Sportinfo.az "Bluewin" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi zədə səbəbindən matçda iştirak etməyəcək.

Bundan əlavə, İsveçrə təmsilçisinin aparıcı oyunçularından hesab olunan Blerim Cemaylinin də meydana çıxıb-çıxmayacağı bəlli deyil.

Bu gün "Letsiqrund" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə "köhlən atlar" qələbə qazanıb - 3:2.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti