"Sürix" aparıcı futbolçusu olmadan "Qarabağ" önünə çıxacaq?

27 İyul 2022 02:00 Problem 1 136
"Sürix" aparıcı futbolçusu olmadan "Qarabağ" önünə çıxacaq?

"Sürix"in aparıcı futbolçusu Blerim Cemayli evdə "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununu buraxa bilər.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçinin bu gün meydana çıxıb-çıxmayacağı bəlli deyil.

Təcrübəli oyunçu zədədən əziyyət çəkir.

İyulun 27-də oynanılacaq "Sürix" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə "köhlən atlar" 3:2 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti