Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge Aue" Almaniya üçüncü Bundesliqasında mövsümün ilk oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Aue klubu ilk turda "Frayburq 2" ilə üz-üzə gəlib və görüş 1:1 hesabı ilə başa çatıb.
Nazarov qrip xəstəliyinə yoluxub. 32 yaşlı vinger bu səbəbdən səfərdə "Frayburq 2"yə qarşı keçirdikləri III Bundesliqanın I tur oyununu buraxmalı olub.
"Frayburq 2" - "Erzgebirge Aue" 1:1
Qollar: Ştefanyak 3 (0:1) - Sorge (50-avtoqol) (1:1)

