"Kəpəz"in problemi ilə bağlı son söz nə vaxt deyiləcək? – PFL-dən REAKSİYA

24 İyul 2022 14:40 Problem 1 420
"Kəpəz"in problemi ilə bağlı son söz nə vaxt deyiləcək? – PFL-dən REAKSİYA

“Kəpəz”in Premyer Liqaya qayıdışı ilə bağlı xəbər futbol ictimaiyyəti tərəfindən maraqla qarşılandı.

Lakin çempionata hazırlıq mərhələsində ortaya çıxan problemlər və Gəncədəki stadionun hazırkı durumu yerli azarkeşlərdə bədbinliyin yaranmasına səbəb olub.

Vəziyyət o dərəcədə pisdir ki, “sarı-göylər”in çempionatın ilk yarısındakı ev oyunlarını Bakıda keçirəcəyi bildirilir. Bu isə “Kəpəz”ə könül verənlərin haqlı narazılığına səbəb olmaqdadır.

Məsələ ilə bağlı son qərar Premyer Liqanın təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan Peşəkar Futbol Liqası ilə klub rəhbərliyinin müzakirəsindən sonra veriləcək.

Sportinfo.az mövzunu diqqət mərkəzində saxladığından, PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasovla söhbətdə qaranlıq məqama aydınlıq gətirməyə çalışdıq.

Bir müddət öncə Gəncəyə səfər edən qurum rəsmisi hazırkı durumla bağlı bunları dedi:

“Gəncə şəhər stadionuna da elə ötən ay ilkin baxış keçirildi. Qazonla bağlı vəziyyət ideal olsa da, digər çatışmazlıqlar mövcuddur.

Hazırda müvəqqəti soyunub-geyinmə otaqlarının və digər xidməti otaqların yenilənməsinə başlanılıb. İşlər tam sürətlə gedir və AFFA ilə PFL tərəfindən tam nəzarətdədir.

Gəncə stadionunda olan problemlər müvəqqətidir. Hazırda stadion ərazisində çox gözəl bir bazanın tikintisi gedir.

İki təbii örtüklü standartlara cavab verən meydannın tikintisi tam sürətlə davam edir. Yəni ümumiləşdirsək, problemlər var, amma həlli üzrə işlər tam sürətlə gedir.

Müvəqqəti soyunub-geyinmə və digər vacib otaqlar hazır olduqdan sonra stadiona bir daha yekun baxış keçiriləcək”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti