Bu şəxs "Kəpəz"in Gəncədə oynamasına qarşı çıxdı, AFFA-nın təklifini qəbul etmədi

22 İyul 2022 11:40 Problem 1 989
Bu şəxs "Kəpəz"in Gəncədə oynamasına qarşı çıxdı, AFFA-nın təklifini qəbul etmədi

Dörd illik aradan sonra Premyer Liqaya dönən «Kəpəz» yeni mövsümün ilk dövrəsini Bakıda keçirə bilər.

Buna səbəb Gəncə şəhər stadionunda mövcud olan problemlərdir.

Belə ki, paltardəyişmə və hakim otaqları ideallıqdan çox uzaq vəziyyətdədir. Üstəlik, bazanın özündə bəzi yenidənqurma işləri aparılmalıdır.

AFFA «Kəpəz»ə öz köməyini təklif edib. Federasiya yeni texnologiyadan istifadə etməklə, arenada vaqon tipli otaqların quraşdırmasına hazır olduğunu bildirib.

Fəqət, Yaşar Vahabzadə razılaşmayıb. Baş məşqçi ev oyunlarını ən azı ilk dövrənin sonunadək Mərdəkanda – «Dalğa Arena»da keçirmək istədiklərini AFFA mənsublarının diqqətinə çatdırıb.

Əlbəttə, onun da öz fikri, öz marağı var. Vahabzadə komandasının zəif olmasını görür və anlayır ki, düşərgəyə yığdığı futbolçularla yaxşı nəticə əldə etmək qeyri-mümkündür.

Ardıcıl məğlubiyyətlər gözləniləndir. Təbii, yerli azarkeşlər belə gedişata səssiz qalmayacaq. «Kəpəz» ev oyunlarını Gəncədə keçirsə, stadion «istefa» şüarları ilə lərzəyə gələcək.

Bu isə publikanın gözündən çoxdan düşmüş, daim «hədəf taxtası»nda olan Vahabzadənin vəzifəsini itirməsini tezləşdirəcək.

Daha Elxan Məmmədov da AFFA-nın icraçı vitse-prezidenti deyil ki, öz kadrının arxasında dayana bilsin.

Baş məşqçi bütün bunları düşünüb və yüksək maaşı xatirinə «Kəpəz»in taleyi ilə oynamağa davam etmək istəyir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti