"Qəbələ"nin futbolçusu İlkin Qırtımov Macarıstanda "Fehervar"a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ağır zədə alıb.
Sportinfo.az xəbər verir ki, 32 yaşlı müdafiəçi qarşılaşmanın 37-ci dəqiqəsində rəqiblə toqquşmadan sonra yerdə qalıb və dili qatlanıb.
Ona ilk yardımı komanda yoldaşı Asif Məmmədov göstərib. "Qırmızı-qaralar"ın kapitanı dərhal müdaxilə edərək, Qırtımovun həyatını xilas edib.
Futbolçu meydançanı xərəkdə tərk edib. Onun əvəzinə oyuna Rüfət Əhmədov daxil olub

