«Bura 23 futbolçu gətirmişik».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un baş məşqçisi Ayxan Abbasov deyib.
Müsahib bir neçə saatdır Gürcüstanda olduqlarını, Tbilisidə səskunlaşdıqlarını bildirib:
«Adətən, xaricə təlim-məşq toplanışına gedəndə, buna uzun müddət hazırlaşmalı olursan. Biz mövcud problemləri qısa vaxtda həll edə bildik.
Rəhbərlik sağ olsun, bunun üçün əllərindən gələni əsirgəmədilər. Əsas odur ki, bura gəlmişik.
Normal oteldə yerləşmişik. 10 gün Tbilisidə qalacaq və iki yoxlama oyununda qüvvəmizi sınayacağıq».

