Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ" - "Sürix" oyunundan sonra keçiriləcək mətbuat konfransına giriş üçün maska tələbi qoyulub.
Sportinfo.az Ağdam təmsilçisinin saytına istinadən xəbər verir ki, UEFA-nın tələbinə əsasən, mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

