Bir müddət əvvəl "Olimpiakos"dan (Volos) ayrılan Turan Manafov istəyinə çatıb.
Azərbaycanlı müdafiəçi məhkəmədə Yunanıstan klubuna qalib gəlib.
FİFA Volos klubuna Manafova 5 aylıq maaş borcunu ödəməsinə dair qərar çıxarıb.
Əgər "Olimpiakos" 45 gün ərzində Turanın maaşını ödəməsə, FİFA tərəfindən sanksiyalara məruz qalacaq. Hətta ali futbol qurumu onlara transfer qadağası tətbiq edəcək.
Xatırlayırsınızsa, “Səbail”ə məxsus müdafiəçi bu ilin yanvarında “Olimpiakos Volos” ilə icarə əsasında müqavilə bağlamışdı.
Lakin yeni komandasındakı karyerası çox çəkməmişdi. II Liqada mübarizə aparan Volos təmsilçisi onun səhhətinə səthi yanaşmış, müqavilə öhdəliklərini yerinə yetirməmişdi.
Odur ki, gənclər yığmamızın sabiq üzvünə 12500 avro ödəməli olacaqlar.
SPORTİNFO.AZ

