“O, indi yox, çoxdan getməliydi, hələ çox işlədi” – Haqsızlıq görən adam

16 İyul 2022 20:40 Problem 949
“O, indi yox, çoxdan getməliydi, hələ çox işlədi” – Haqsızlıq görən adam

“O, indi yox, çoxdan getməliydi. Hələ çox işlədi. Onun yeri ora deyildi”.

Beynəlxalq dərəcəli hakim Rəhim Həsənov Sportinfo.az-a açıqlamasında Hakim və Hakim-inspektorlar Komitəsinin keçmiş sədri Frits Stuxlikin tutduğu vəzifəni tərk etməsinə münasibət bildirib.

Həsənov məhz Stuxliklə yaşadığı problemlər üzündən cəmi 38 yaşında sevib-seçdiyi sənəti atmaq məcburiyyətində qalmışdı.

Avstriyalı mütəxəssis azərbaycanlı hakimi bəyənmir, hər dəfə fiziki testlərdən kəsilməsini əsas gətirib “qələmini qırmağa” çalışırdı. Yekunda istəyinə çatmışdı.

Maraqlıdır, Fritsin gedişindən sonra Rəhim yenidən hakimliyə qayıtmaq istəyirmi? Komitə sədrinin gedişindən sonra fikri nədir?:

“Artıq türkiyəli yeni sədr təyin olunub. Görək, onun fikri nədir, nə etmək istəyir.

Nə təklif edəcəklər, ümumiyyətlə, yaxına buraxacaqlar, ya yox. Bunu mən deyə bilmərəm, komitənin verəcəyi qərardan asılıdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti