“Püşkatmadan əvvəl AFFA prezidenti Rövnəq Abdullayev soruşdu ki, “Qarabağ”ın Çempionlar Liqası oyunundan sonra sırf o matçla bağlı koronavirusa yoluxma sayında artım olubmu? Bunun özü xəbərdarlıqdır”.
Sportinfo.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
Musayev bildirib ki, yoluxmanın artması futbola da təsir edə bilər. “Koronavirusla bağlı böhran yaransa, buna hazırıq.
Bu baxımdan, artıq təcrübəmiz var. Gündən-günə yoluxma sayı artır. İyulun 19-da “Qarabağ”ın avrokubok matçı var.
Operativ Qərargah nə qərar versə, ona əməl etmək bizim borcumuzdur”.

