Ramin Musayev tənqid etdi: “Gedənin arxasınca danışmazlar, buna da şükür!”

15 İyul 2022 17:30 Problem 1 240
Ramin Musayev tənqid etdi: “Gedənin arxasınca danışmazlar, buna da şükür!”

"Hakimliklə bağlı məsələdə AFFA-nı günahlandırmaq lazım deyil ki, bəzi hakimləri itirdik".

Sportinfo.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün püşkatma mərasimində deyib.

O, AFFA Hakimlər Komitəsinin sabiq sədri Frits Ştuxlikin fəaliyyətindən narazılığını gizlətməyib:

"Bəzi hakimlərimizi itirdik. Rəhim Həsənov FIFA referisi olsa da, hakimlikdən getdi. Səbəbi də bəlli deyil.

Gedənin arxasınca danışmazlar. Buna da şükür. Ən azından 3-4 hakimimiz qaldı. Artıq hakimlərə türkiyəli qardaşımız rəhbərlik edəcək".

Digər Xəbərlər
Xəbər Lenti
30 May 03:00 Bunlar da boşandılar