UEFA-dan daha bir azərbaycanlı futbolçuya şad xəbər gəldi – 45 gün vaxt verildi

14 İyul 2022 21:20 Problem 1 470
UEFA-dan daha bir azərbaycanlı futbolçuya şad xəbər gəldi – 45 gün vaxt verildi

Azərbaycanlı futbolçu UEFA-dan gələn xəbərə sevinib.

Bu barədə Turan Manafovun agenti İlkin Məmmədov Sportinfo.az-a açıqlamasında bildirib.

Xatırlayırsınızsa, “Səbail”ə məxsus müdafiəçi bu ilin yanvarında “Olimpiakos Volos” ilə icarə əsasında müqavilə bağlamışdı.

Lakin yeni komandasındakı karyerası çox çəkməmişdi. II Liqada mübarizə aparan Volos təmsilçisinin azərbaycanlı müdafiəçinin səhhətinə səthi yanaşmasına, müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə futbolçu vəkil tutaraq UEFA-ya müraciət etmişdi.

İlkin bəy məsələ haqda bunları deyib:

“Olimpiakos Volos” ilə məhkəmə çəkişməsində qalib gəldik. Yunanıstan klubu 45 gün ərzində futbolçuya çatacaq pulu ödəməlidir.

Məbləğ barədə söz deməyim doğru olmaz. Onu deyə bilərəm ki, Azərbaycana görə az pul deyil”.

Bir gün öncə başqa bir azərbaycanlı futbolçu Tural Bayramlı da “Pierikos”la məhkəmə çəkişməsindən xoş xəbər almışdı.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti