Kişi sözü və peşəkar klub...

11 İyul 2022 22:20 Problem 1 201
Kişi sözü və peşəkar klub...

Azərbaycan Premyer Liqasının startına artıq bir aydan da az vaxt qalır.

Amma "Turan Tovuz", "Kəpəz" və "Şamaxı" ilə bağlı qeyri-müəyyənliklər davam edir.

"Kəpəz" azarkeşləri onsuz da aylardı narazılıqların bildirirlər. Heyətin qurulmasına, baş məşqçi Yaşar Vahabzadənin saxlanmasına, ayrılan büdcəyə və.s, və.i.

"Şamaxı"dan danışmağa isə məncə, geniş ehtiyac yoxdur. Ordakı mənzərə hər kəsə aydındır.

Bu gün daha çox məni qayğılandıran Tovuz təmsilçisi ilə bağlı yaranmış mənzərədir. Yerli fanatlar komandanın yüksək liqaya buraxılmasının sevincini hələ də yaşamaqdadır. Amma klubdan yaşananlara da vaxt ayırmaq lazımdır axı.

Düzdü, rəhbərlik çox ağıllı addım ataraq Ayxan Abbasovu baş məşqçi postuna gətirdi. O da şəxsi münasibətəri və əvvəl çalışdığı klublarda qazandığı hörmətin hesabına bir çox təcrübəli və perespektivli yerli gəncləri komandaya cəlb edə bildi.

Bu gün yerli tərəfdarların da arxayınlığının kökündə "Ayxan müəllimə arxayınıq" fikri durur. Amma gənc mütəxəssisin də edə biləcəyi bir yerə qədərdi axı. Kişi sözü ilə peşəkar klub nə vaxta kimi davam edə bilər?

Bu gün komanda əcnəbi futbolçuları heyətə qata bilmir. Toplanışla bağlı əminlik yoxdur. Futbolçulara normal forma dəstləri verilmir. Peşəkar klubda da belə xırda detallar problemmi olar?

Sabah komanda uğursuzluq yaşayanda, 1-2 məğlubiyyət olanda kimlərsə dilə gələcək, narazılıq edəcək, iradlar bildirəcək. Amma heç kim bu günü xatırlayıb, günahkarların mövsümün başlamasına 20 gün qalmış büdcə ayıranlarda olduğunu dilə gətirməyəcək.

Ona görə də eyforiyadan ayılmaq və bu gün narazılıq etmək, etiraz bildirmək lazımdır. Ki, lazım olan dairələr problemin dərinliyini bəlkə dərk edə və lazım olan addımları bir an belə gecikdirmədən atmış ola.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti