"Qorxmursansa və boş-boş danışmayacaqsansa, getdik - Yaşasın Azərbaycan!"

10 İyul 2022 22:40 Problem 1 574
"Qorxmursansa və boş-boş danışmayacaqsansa, getdik - Yaşasın Azərbaycan!"

İlk dəfə Azərbaycan bayrağı altında döyüş keçirən Rafael Fiziyev UFC-də braziliyalı Rafael dus Anyusa qalib gəldiyi görüşdən sonra fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, döyüşdən sonra deyib:

"İndi biz UFC-də ən yaxşı Rafaelin kim olduğunu dəqiq bilirik. Bir halda ki, mən 5-ci raundda nokautla qalib gəlmişəm, mənə TOP-5-də olan rəqib verin".

O, daha sonra zarafatla deyib: "İdmanda isə kimin yaxşı olduğunu öyrənmək üçün Rafael Nadala çağırış edirəm".

İdmançı çıxışını "Yaşasın, Azərbaycan!" sözləri ilə bitirib.

Fiziyev ABŞ təmsilçisi Castin Geyci ilə döyüşmək niyyətində olduğunu da bildirib:

"Geyci, başqa sarışınla üz-üzə gəlmək istəyirsənsə, aramızda kimin ən yaxşı olduğunu öyrənək. Bu, hər ikimiz üçün yaxşı mübarizədir.

Hazırsansa, qorxmursansa və boş-boş danışmayacaqsansa, getdik. Yaşasın Azərbaycan!"

Fiziyev "UFC Vegas 58" turnirinin sonuncu - 5-ci raundunda Anyusu nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti