Komaya düşən məşqçinin qardaşı: "Yeganə ümidimiz Allahın möcüzəsinə qalıb"

10 İyul 2022 14:40 Problem 1 089
Komaya düşən məşqçinin qardaşı: "Yeganə ümidimiz Allahın möcüzəsinə qalıb"

2020-ci ilin noyabrında koronavirusa yoluxan Qəhrəman Əliyev hələ də komadan ayrılmayıb.

Bu barədə Sportinfo.az-a tanınmış məşqçinin qardaşı Seyran Əliyev məlumat verib.

Onun sözlərinə görə, beyin inslutu keçirmiş mütəxəssisin sağluq durumu ağır-sabit olaraq qalmaqdadır:

«Bugünlərdə qardaşımı növbəti dəfə müayinədən keçirdik. Beyin tamoqrafiyası göstərdi ki, hər şey əvvəl necə idisə, o cür də qalıb.

Beyində atrofiya gedib, siqnallar ora çox çətinliklə çatır. Bədəninin reaksiyası var, amma zəifdir.

Allahdan ümid üzülməz! Həkimlər daha heç nə demir. Yeganə ümidimiz Allahın möcüzəsinə qalıb».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti