“Turan Tovuz” Premyer Liqaya hazırlığın ikinci mərhələsini doğma rayonda keçir.
İyulun 3-dən burada bir araya gələn komanda ayın 17-də Gürcüstana yollanmağı planlaşdırıb.
Tbilisidə 10-14 gün davam etməsi düşünülən təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama oyununun keçirilməsi də nəzərdə tutulub.
Lakin... Səfərin baş tutması sual altına düşüb. AFFA “Turan”ın payına düşən yardım paketini hələ müəyyənləşdirməyib.
Klub rəmsiləri qarşıdakı 3 gün ərzində oradan-buradan pul tapmasa, qonşu ölkənin sərhəddini keçmək mümkün olmayacaq.
Onda da bunu təyyarə ilə etmək lazım gələcək. Çünki Azərbaycan bütün quru sərhədlərini bağlayıb və yolların nə vaxt açılacağı bilinmir.
SPORTİNFO.AZ

