ÇL-də "Qarabağ"a qol vuran hücumçu Bakıya gəlməyəcək?

8 İyul 2022 01:00 Problem 1 320
ÇL-də "Qarabağ"a qol vuran hücumçu Bakıya gəlməyəcək?

"Lexin forvardı Mikhael İshak Bakıda "Qarabağ"a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda iştirak etməyə bilər.

Sportinfo.az xəbər verir ki, Almaniyanın "Sankt-Pauli" klubunda təklif alan isveçli hücumçunun tezliklə Poznan təmsilçisini tərk edəcəyi gözlənilir.

29 yaşlı forvard daha əvvəl bu ölkənin "Köln" və "Nürnberq" komandalarında da çıxış edib.

İyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lex" matçı saat 20:00-da başlayacaq.

Poznandakı ilk qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu məhz Mikael İshak vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti