Texniki rəhbərdən dopinq açıqlaması: "Ona nəsə demirik"

5 İyun 2022 16:00 Problem 638
Texniki rəhbərdən dopinq açıqlaması: "Ona nəsə demirik"

Atıcılıq üzrə Bakıda keçirilən Dünya Kubokunun texniki rəhbəri Abdulla Əli Əl-Həmadi dopinq testləri barədə məlumat verib.

“Yarış üçün 35 nümunə sınaqdan keçirilməsi nəzərdə tutulub. Bu nümunələr medal alan yarışçılar və ya təsadüfi seçilən atletlər arasında tətbiq edilir” – deyən cənab Əl-Həmadi testlərin yarışdan kənarda da aparıldığını bildirib:

“Misal üçün, idmançı mehmanxadadır və ya təlim-məşq7 toplanışındadır. Bu zaman biz onlardan test götürürük”.

Texniki rəhbər hədəfli dopinq barədə də danışıb.

“Biz gözləyirik ki, atlet bütün yarışları başa vursun. Proses zamanı idmançının özünə ilkin məlumatları vermirik.

Çünki o, bütün yarışı başa vurmalıdır. Hətta həmin idmançı finala vəsiqə qazansa da, ona nəsə demirik.

Qaydalarda göstərilib ki, yarış zamanı atleti narahat etmək olmaz. Nümunələri həm fərdi, həm də komanda halında iştirak edən idmançılardan götürürük” – Əl-Həmadi deyib.

Nümunələrin Azərbaycan Respublikasının Antidopinq Agentliyi tərəfindən işləndiyini qeyd edən beynəlxalq nümayəndə AMADA-da ixtisaslaşmış komanda olduğunu əlavə edib.

“Yarışlar başlayandan onlar buradadır. Hər birini tanıyıram. İndiyə kimi 35 nümunə götürüblər. Düşünürəm ki, onlardan 25-i artıq emal olunub” – Əl-Həmadi deyib və hələ hansısa atletin nəsə qəbul etdiyinin bilinmədiyini vurğulayıb.

HƏBIB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti