Putin hədələdi: “Qərb Ukraynaya uzaqmənzilli raketlər verərsə...”

5 İyun 2022 15:50 Problem 1 016
Putin hədələdi: “Qərb Ukraynaya uzaqmənzilli raketlər verərsə...”

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Kiyevə əlavə silahlar vermək qərarını şərh edib.

Bu qərarı “hay-küy” adlandıran Putin deyib:

“Ümumiyyətlə, əlavə silah tədarükü ilə bağlı bütün bu hay-küy, fikrimcə, yalnız bir məqsəd daşıyır - silahlı münaqişəni mümkün qədər uzağa çəkmək.

Qərb Ukraynanı uzaqmənzilli raketlərlə təmin edərsə, Rusiya müvafiq nəticələr çıxaracaq. Hələ vurmadığımız obyektlərə zərbələr endirmək üçün əlimizdə kifayət qədər olan məhvedici vasitələrdən istifadə edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti