UEFA Millətlər Liqasında keçirilən Qazaxıstan - Azərbaycan oyununun canlı yayımında texniki problemlər yaşanır.
Belə ki, "CBC Sport" kanalından canlı yayımlanan matçda 10 dəqiqədən artıqdır fasilə yaranıb.
Telekanalın baş redaktoru Şəmsəddin Abbasov Sportinfo.az-a açıqlamasında problemə aydınlıq gətirib:
"Bu, qarşı tərəfin siqnalı ötürə bilməməsindən qaynaqlanır. Məsələyə UEFA-nın monitorinq qrupu da qarışıb. Problemin qısa zamanda aradan qaldırılması üçün iş gedir. Öncə siqnalın keyfiyyəti aşağı düşdü, sonra isə tam itdi".
Hazırda 85-ci dəqiqəsi gedən görüşdə yığmamız 2-0 məğlub olur.
XANOĞLAN

