Millətlər Liqasının ilk turunda Azərbaycanla qarşılaşacaq Qazaxıstan millisində ciddi itkilər olacaq.
Sportinfo.az xəbər verir ki, Qazaxıstan Futbol Federasiyası millimizlə oyun ərəfəsində heyətdən uzaq düşən qazaxıstanlı futbolçular barədə bu cür yazıb:
"Yuri Loqvinenko zədəli olduğuna görə qarşıdakı matçlarda milliyə kömək ola bilməyəcək.
Bununla yanaşı məşqçilər korpusunun qərarı ilə Aleksey Şotkin, Duman Narzildayev, Alibek Kasım heyətə düşə bilmədi. Futbolçular artıq klublarının düşərgəsinə qayıdıb".
Qazaxıstan - Azərbaycan matçı bu gün saat 18:00-da Nur-Sultan şəhərinin "Astana Arena" stadionunda keçiriləcək.

