Ukrayna Rusiyaya hücum edərsə, hansı addımlar atılacaq?

3 İyun 2022 01:50 Problem 797
Ukrayna Rusiyaya hücum edərsə, hansı addımlar atılacaq?

“Kiyev Rusiya ərazilərinə hücum üçün ABŞ-dan aldığı silahlardan istifadə edərsə, Rusiya Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə zərbə endirəcək”.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

“Əgər bu növ silahlardan Rusiya ərazilərinə qarşı istifadə edilərsə, ölkəmizin silahlı qüvvələrinin qərar qəbuletmə mərkəzlərini məğlub etmək üçün hərəkətə keçməkdən başqa yolu qalmayacaq”, - Medvedev bildirib.

O, bu hədəfləri sadalayıb: ilk növbədə Ukraynanın Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin Baş Qərargahı.

“Ancaq başa düşmək lazımdır ki, bu halda yekun qərar qəbuletmə mərkəzləri, təəssüf ki, hətta Kiyevin ərazisində də yerləşmir. Ona görə də bu, təbii ki, nəzərə alınmalı olan təhlükədir”, - Medvedev xəbərdarlıq edib.

ABŞ Kiyevə Rusiya ərazisini vura bilən raketlər verməkdən imtina edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti