Millidən gələn zənglərə və mesajlara məhəl qoymadı

1 İyun 2022 02:50 Problem 903
Millidən gələn zənglərə və mesajlara məhəl qoymadı

"Rubin"in belaruslu futbolçusu Vitali Lisakoviç UEFA Millətlər Liqasında oynamaqdan imtina edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

24 yaşlı hücumçunun millidən gələn zənglərə və mesajlara cavab vermədiyi iddia edilir. Forvardın hansı səbəbdən milliyə getmək istəməməsi bəlli deyil.

Belarus iyunun 3-də Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Slovakiya ilə qarşılaşacaq. Üç gün sonra onlar həmin arenada Azərbaycan millisini qəbul edəcək.

UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti