Rusiya qorxuya düşdü: “ABŞ-ın Kiyevə verəcəyi o silahlar…”

28 May 2022 18:50 Problem 967
Rusiya qorxuya düşdü: “ABŞ-ın Kiyevə  verəcəyi o silahlar…”

ABŞ-ın Ukraynaya gələn ayın əvvəlinədək göndərməyə söz verdiyi uzaqməsafəli (70-500 kilometrlik) HIMARS və M270 zenit raket kompleksi (ZRK) Rusiyanı qorxudub.

Məlumdur ki, ZRK-nin Rusiya şəhərlərinə zərbələr endirmək imkanı var.

Amerika mediası yazır ki, yaxın həftələrdə Birləşmiş Ştatlar Ukraynaya belə raket sistemləri göndərəcək.

Məhz bu raket sistemlərinin verilməsi Kiyevin əsas tələbi idi. Kiyev hesab edir ki, ZRK-ləri Ukraynanın şərqində rus qoşunlarının hücumunun qarşısını almağa kömək etməlidirlər.

Mayın 28-də Amerikanın “The New York Times”, “The Wall Street Journal” və “The Washington Post” qəzetləri öz mənbələrinə istinadən bu məlumatı təsdiqləyiblər.

Onların yazdığına görə, Vaşinqton gələn həftə müvafiq yardım paketinin ayrılmasını elan etmək niyyətindədir.

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib ki, bu silahların ölkəsinin sərhədləri yaxınlığında yerləşdiriləcəyi və ukraynalıların Rusiya şəhərlərinə zərbə endirmək imkanı əldə etmək riski var. “Bu vəziyyət bizim üçün qəbuledilməzdir

Hazırda Pentaqonun sözçüsü Con Kirbinin bu məsələ ilə bağlı yekun qərarın verilmədiyi barədə bəyanatından çıxış edirik. Ümid edirik ki, sağlam düşüncə qalib gələcək və Vaşinqton belə bir təxribatçı addım atmayacaq. Vurğulamaq istərdim ki, diplomatik kanallar vasitəsilə biz dəfələrlə Birləşmiş Ştatlara məlumat vermişik ki, Ukraynanın bu cür silahlar verilməsi münaqişənin gərginləşməsi riskini xeyli artırır. Amerikalılar yaxşı bilirlər ki, onların hərəkətləri sülhə nail olmaq perspektivlərinin üstündən xətt çəkir” deyə, Vaşinqtondakı diplomatik missiyasının rəhbəri vurğulayıb.

Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu da bildirib ki, Qərb Ukrayna qoşunlarının məğlubiyyətindən ehtiyat edərək Kiyevə öldürücü silahların tədarükünü təşkil edib və hərbi müşavirlərini bu ölkəyə göndərib. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov da Qərbi Kiyevə Rusiyanı təhdid edən silahlarla təmin etməmək barədə xəbərdarlıq edib.

Amerika mediası bir müddət əvvəl isə xəbər vermişdi ki, Ağ Ev hakimiyyəti bu silahların Rusiya ərazisinə zərbə endirmək üçün istifadə olunacağından ehtiyat edərək Ukraynaya vermək istəməyib. Eyni zamanda, Ağ Evin bəzi rəsmiləri də narahatdırlar ki, Kiyevə ZRK-lər verilməsi ciddi eskalasiyaya gətirib çıxara bilər. Çünki Ukrayna ordusu Rusiya ərazisinə raketlərə vura biləcək. Dövlət Departamentinin nümayəndələri müvafiq narahatlıqlarını bu həftə Konqresdə keçirilən qapalı brifinqdə də bildiriblər. Onların fikrincə, bu mövzunun Ukrayna rəhbərliyi ilə müzakirə olunması vacibdir .

ABŞ artıq Ukraynaya 23500 tondan çox silah və texnika tədarük edib. O cümlədən, Kiyevə 24 min tank əleyhinə sistem, 1033 hava hücumundan müdafiə sistemi, 1468 raket, 90 artilleriya sistemi, doqquz helikopter, 33 radar, 7888 atıcı silah, 68 mindən çox zirehli texnika və 49 minə yaxın dəbilqə göndərilib (musavat.com).

Orxan ƏLİYEV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti