UEFA Millətlər Liqasının C Divizionun ilk turunda Azərbaycan komandasını qəbul edəcək Qazaxıstan yığması növbəti itki ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, Rusiyada - "Axmat"da çıxış edən Marat Bıstrov zədə səbəbindən millinin heyətindən çıxarılıb.
30 yaşlı müdafiəçinin əvəzinə düşərgəyə Qazaxıstan "Aktobe"sinin arxa xətt oyunçusu Alibek Kasım dəvət olunub.
İyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

