Ermənistan yenə təxribata əl atır: “Bu, gözlənilməz, ziddiyyətli və təhlükəlidir” - VİDEO

23 May 2022 18:50 Problem 661
Ermənistan yenə təxribata əl atır: “Bu, gözlənilməz, ziddiyyətli və təhlükəlidir” - VİDEO

"İrəvanın təkliflərində faktların dəyişdirilməsi məqamı var.

Guya ki, Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb.

Birincisi, Ermənistan Azərbaycan ərazilərinin 20%-ni işğal edib və bu işğal 30 ilə yaxın davam edib. İkinci Qarabağ müharibəsinin nəticələri təcavüzkarı bu torpaqları tərk etməyə məcbur edib".

Bu fikirləri tanınmış politoloq, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko deyib. O bildirib ki, Azərbaycana qarşı Ermənistandan təxribatlar gözlənilir:

“Vəziyyət indi dinamikadadır. Bu, olduqca gözlənilməz, ziddiyyətli və təhlükəlidir.

İndi biz Rusiyada yeni geosiyasi reallıqlarda Moskvanın Cənubi Qafqazda sülh və sabitliyə əvvəlki yanaşmalarına yenidən baxmağı təklif edən erməni lobbiçilərinin aktiv fəaliyyətini, çox kəskin fəallaşmasını görürük.

Beynəlxalq hərbi-siyasi vəziyyətin pisləşdiyi, təlatümlərin müşahidə olunduğu bir şəraitdə erməni lobbiçiləri bulanıq sularda balıq tutmağa çalışırlar”.

Digər Xəbərlər
Xəbər Lenti