"Qarabağ müharibəsindən 1 il 3 ay keçir, hələ də morqlarda naməlum cəsədlər var”

18 Yanvar 2022 02:30 Problem 614
"Qarabağ müharibəsindən 1 il 3 ay keçir, hələ də morqlarda naməlum cəsədlər var”

“Müharibədən 1 il 3 ay keçməsinə baxmayaraq, hələ də müxtəlif morqlarda saxlanılan tabutlarda naməlum cəsədlər və cəsəd qalıqları var”.

Bunu Ermənistandakı “Hayastan” blokunun üzvü, hüquqşünas Robert Hayrapetyan bəyan edib.

O, Ermənistan hakimiyyətini 2020-ci ilin payızında Qarabağda baş vermiş 44 günlük müharibədə itkin düşən hərbçilərin taleyinə aydınlıq gətirə bilməməkdə günahlandırıb.

Robert Hayrapetyanın sözlərinə görə, itkin düşənlərin valideynləri bir ildən çoxdur əsəb, stress içində əziyyət çəkir, dövlət orqanlarının qapılarında süründürülürlər.

Erməni hüquqşünas ordudakı vəziyyətdən də narazılıq edib. Bildirib ki, Azərbaycan Ordusu ilə bəzi üzbəüz mövqelərdə hərbçilər baxımsızlıqla üzləşirlər, bəzən isə əsgərlər intihar həddinə çatırlar:

“Bu günlərdə 21 yaşlı bir əsgərin intiharının qarşısı tağım komandiri tərəfindən alınıb”.

İrəvanda böyük əksəriyyət hesab edir ki, Ermənistan hakimiyyəti II Qarabağ müharibəsindən sonra gerçək itkilərinin sayını gizlədib, ictimaiyyətə təhrif olunmuş rəqəmlər açıqlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi