“Neftçi”dən 3, “Qəbələ"dən 5 nəfərə XÜSUSİ XƏBƏRDARLIQ

4 Dekabr 2021 14:00 Problem 1 020
“Neftçi”dən 3, “Qəbələ"dən 5 nəfərə XÜSUSİ XƏBƏRDARLIQ

Bu gün və sabah Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları keçiriləcək.

Bu həftəsonu dörd futbolçu və bir baş məşqçi üçün xoşagəlməz olacaq.

Söhbət sarı və qırmızı vərəqələr ucbatından meydana çıxmaqdan məhrum olanlardan gedir.

“Səbail”li Nikolas Rayselin cəzası hələ də davam edir. Elə komandanın baş məşqçisi Aftandil Hacıyevin də. “Neftçi”dən Mert Çelik, “Sumqayıt”dan Murad Xaçayev, “Qəbələ”dən Stefan Vukçeviç cəzaya görə meydana çıxmaqdan məhrumdur.

17 futbolçu isə diqqətli olmağa məhkumdur. Geridə qalan turlarda 3 sarı vərəqə alıb, cəzanın bir addımlığına yaxınlaşanlar bu həftəsonu ehtiyatlı davranmalı olacaq. Xüsusən də, “Qəbələ”nin futbolçuları.

3 “sarı”sı olanların siyahısını təqdim edirik:

Asif Məmmədov, Fernan Lopes, İsnik Alimi, Nicat Mehbalıyev, Ruan Renato (hamısı “Qəbələ”), Mamadu Kane, Mamadu Mboc, Yusuf Laval (hamısı “Neftçi”), Sadio Tounkara, Tərlan Quliyev (hər ikisi “Keşlə”), Qismət Alıyev, Təmkin Xəlilzadə (hər ikisi “Zirə”), Tiemoko Fofana, Zurab Oçiqava (hər ikisi “Sabah”), Adil Nağıyev, Rauf Əliyev (hər ikisi “Səbail”), Patrik Andrade (“Qarabağ”).

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"