“Qarabağ” braziliyalı məşhur hücumçunun yolunu gözləməsin, gəlməyəcək

20 Oktyabr 2021 09:20 Problem 889
“Qarabağ” braziliyalı məşhur hücumçunun yolunu gözləməsin, gəlməyəcək

"Kayrat" Bakıda "Qarabağ"a qarşı Konfrans Liqasının qrup mərhələsinin III tur oyununa ciddi itki ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli jurnalist Aydın Kojahmet bildirib.

Onun sözlərinə görə, braziliyalı hücumçu Vaqner Lav topuq nahiyəsindəki zədə səbəbindən meydana çıxmayacaq. Təcrübəli forvard XXIV turda səfərdə "Aktobe"yə 2:1 hesabı ilə qalib gəldikləri qarşılamanı da buraxıb.

Daha əvvəl Almatı təmsilçisində erməni futbolçu Kamo Ohanesyanın Bakıya gəlməyəcəyi bəlli olub.

Oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti