Dərd batmanla gəlir – İndi də öz futbolçusunu zədələdi

27 İyul 2021 15:20 Problem 501
Dərd batmanla gəlir – İndi də öz futbolçusunu zədələdi

Qalmaqallı fotoları yayılan Ueyn Runinin problemləri bitmək bilmir.

Sportinfo.az xəbər verir ki, “Derbi”nin baş məşqçisi bu dəfə öz futbolçusuna xəsarət yetirib.

Məsələ burasındadır ki, Runi də verdiyi məşq tapşırıqları yerinə yetirilməsində iştirak edir. Çünki “Derbi”də futbolçu çatışmazlığı var.

Və epizodların birində Runi sərt sürüşmə fəndi edib. Nəticədə yarımmüdafiəçi Ceyson Nayt ciddi zədə alıb. Onun ən azı 2 ay meydana çıxa bilməyəcəyi deyilir.

Dünən Runinin oteldə çəkilmiş şəkilləri yayılmışdı. O, otel nömrəsində yarıçılpaq vəziyyətdə olan 3 qızla görünütlənmişdi. Runi bunu şantaj hesab edərək polisə müraciət edib.

Digər Xəbərlər
Xəbər Lenti