"Adama təsir edən odur ki, heç yerə çıxmağa icazə yoxdur"

26 İyul 2021 15:20 Problem 905
"Adama təsir edən odur ki, heç yerə çıxmağa icazə yoxdur"

Yaponiyada Olimpiya oyunları davam edir. Amma deyəsən, olimpiya oyunlarının təşkili yüksək səviyyədə deyil.

Sportinfo.az xəbər verir ki, idmançılar təşkilatçılıqdan narazıdırlar.

Özü də həm oyunların təşkilindən, həm də olimpiya kəndindəki durumdan.

Məsələn, rusiyalı üzgüçü Yuliya Yefimova 100 metr brass üsulu ilə yarışın finalına adlasa da, narazılığını bildirib.

O, yarışın səhər saatlarında yox, axşamlar keçirilməsini istəyir. Yiliya bildirib ki, üzgüçülər üçün səhər saatlarında yarışmaq uyğun hesab olunmur, sürət aşağı olur.

Yuliya olimpiya kəndindəki şəraitsizlikdən də gileylənib: “Adi kəndir, özü də kiçik. Burda nə edəcəyimizi bilmirik.

Otaqlar da kiçikdir, tavan da çox alçaqdır. Yalnız bir yeməkxana var. Olimpiya kəndində suvenir mağazası var, amma orda heç nə satılmır.

Adama təsir edən odur ki, heç yerə çıxmağa icazə yoxdur. Bir çox idmançıları turnirdən kənarlaşdırıblar. Bu da ədalətsizlikdir”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı