"Azərbaycan millisində oynamaqdan məmnunam"

19 İyun 2021 21:20 Problem 2 460
"Azərbaycan millisində oynamaqdan məmnunam"

"İyun ayında Azərbaycan millisinin heyətində Belarus və Moldovaya qarşı yoldaşlıq matçılarından sonra baş məşqçimiz Canni De Byazi mənimlə vidalaşanda klub səviyyəsindəki çıxışlarımı yaxından izləyəcəyini söylədi".

Sportinfo.az xəbər verir ki, bu sözlər yığmamızda debüt edən Rüstəm Əhmədzadəyə məxsusdur.

Onun debütü iyunun 3-də Belarusa qarşı keçirilmiş oyuna (2:1) təsadüf edib. Ukraynada "Minay"ın formasını geyinən 20 yaşlı hücumçu ölkəmizin əsas komandasında çıxışı haqda danışıb:

"Azərbaycan millisində oynamaqdan məmnunam. Yığmada mərkəz hücumçusu kimi oynadım.

Təəssüf ki, qol vura bilmədim. Ümid edirəm ki, seçmə mərhələnin sentyabrdakı oyunlarında hədəfə düşə biləcəm".

Digər Xəbərlər
Xəbər Lenti