Elxan Məmmədov De Byazini indidən sığortaladı - Uğursuzluqdan

9 Avqust 2020 10:40 Premyerliqa 966
Elxan Məmmədov De Byazini indidən sığortaladı - Uğursuzluqdan

"Bizim İşçi Qrup vəziyyəti detallı analiz etdi və bütün klublarla danışıqlar apardıqdan sonra çempionatın start tarixi müəyyənləşdi".

Sportinfo.az xəbər verir ki, bu sözlər AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədova məxsusdur.

Nazirlər Kabineti yanında Operativ Qərargah avqustun 10-dan açıq havada məşq və oyunların keçirilməsinə icazə verib. Federasiyanın rəhbəri Azərbaycan Premyer Liqasının avqustun 21-də başlanacağını xatırladıb və bildirib ki, yığmanın yeni baş məşqçisi Canni De Byazi oyunları izləyə biləcək.

"UEFA Millətlər Liqası ərəfəsində AFFA milliyə yeni baş məşqçi təyin etdi. Gələn həftə Bakıya gələcək De Byazinin məşqləri və Premyer Liqanın ən azı 1 turunu izləmək imkanı olacaq.

Klublar kimi, milli komandanın da belə uzun fasilədən sonra oyun tsiklinə girməsi asan olmayacaq. Lakin bu, qaçılmazdır və yəqin ki, hər bir matçda qələbəyə can atmaq üçün əlavə fədakarlıq lazım gələcək".

Digər Xəbərlər
Xəbər Lenti