AFFA-nı idarə edən şəxs: "Əsas odur ki, futbol qayıdır"

8 Avqust 2020 23:00 Premyerliqa 1 358
AFFA-nı idarə edən şəxs: "Əsas odur ki, futbol qayıdır"

"Əlbəttə, bu, başqa format olacaq. Tribunalar boş qalacaq, hələlik cavab görüşləri keçirilməyəcək".

Sportinfo.az xəbər verir ki, AFFA -nın icraçı vitse-prezidenti Elxan Məmmədov avrokuboklarda yeni mövsümün başlamaq üzrə olmasından danışıb.

Onun bildirdiyinə görə, tibbi xarakterli müvafiq tədbirlər görüləcək: "Klublarımızın harada - evdə və ya səfərdə oynayacaqları hələlik məlum deyil.

Səfərdə oynasaq, qəbul edən tərəfin oyunun keçirilməsini təmin edə biləcəyi, yoxsa klublarımızın neytral meydanda oynamalı olacağı bilinmir. Əlbəttə, bütün bunlar vəziyyəti bir qədər çətinləşdirir. Amma bununla belə, əsas odur ki, futbol qayıdır.

Təbii ki, bir funksioner kimi ev və səfər prinsipi ilə iki matçın keçirilməsini istərdim. Çünki bu, daha çox futbol, daha böyük emosiya, daha çox vurulan qol və daha böyük oyun praktikası anlamına gələcəkdi.

Amma əvvəllər də vurğuladığım kimi, hamımız yeni reallıqlara uyğunlaşmalı və müvafiq qaydalara əməl etməliyik".

Digər Xəbərlər
Xəbər Lenti