Azərbaycanda stadionlara giriş-çıxış bağlanacaq

5 İyun 2020 22:00 Premyerliqa 700
Azərbaycanda stadionlara giriş-çıxış bağlanacaq

Azərbaycan Premyer Liqası və kuboku oyunlarının keçiriləcəyi stadiona sərbəst giriş-çıxış qarşılaşmaların startından 3 saat əvvəl bağlanacaq.

Sportinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqası (PFL) bununla bağlı qərarı Əsasnaməyə əlavə edib.

Koronavirus pandemiyası səbəbindən martda dayandırılan, iyunun 21-də isə bərpası planlaşdırılan çempionat və kubok matçlarından öncə stadiona gəlişinə rəsmi qaydada icazə verilmiş şəxslərin hərarəti girişdə yoxlanılacaq.

Hərarəti yüksək olan şəxsin stadiona girişinin qarşısı alınacaq. Həmçinin oyunun rəsmi nümayəndəsi startdan ən azı 2 saat 30 dəqiqə əvvəl stadionda olmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”