Azərbaycan klublarının istədiyi kolumbiyalı - İKİ VİDEO

21 May 2020 13:12 Premyerliqa 641
Azərbaycan klublarının istədiyi kolumbiyalı - İKİ VİDEO

Kolumbiyalı yarımmüdafiəçi Alejandro Bernal Azərbaycandan təklif alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 31 yaşlı futbolçu özü “Liga Deportiva”ya açıqlamasında bildirib.

O, təklif aldığı Azərbaycan klublarının adını çəkməyib: “Mənə hətta Azərbaycandan da təkliflər gəldi. Qərar verərkən, çox diqqətli olmaq lazımdır”.

Alexandro Bernal son olaraq ölkəsində "Atletiko Bukaramanqa"un formasını geyinib. Hazırda azad agent olan oyunçu 2014-cü ildə "Atletiko Nasyonal"ın heyətində Kolumbiya liqasının, 2012, 2013 və 2016-cı illərdə isə ölkə kubokunun qalibi olub. Bernal 2016-cı ildə bu komanda ilə Libertadores Kubokunu da qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti