“Avrokuboklara gedəcək klublar indidən..."

18 May 2020 22:00 Premyerliqa 662
“Avrokuboklara gedəcək klublar indidən..."

Sportinfo.az AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun müsahibəsini təqdim edir:

- AFFA-nın təşəbbüsü, PFL və klub rəsmilərinin iştirakı ilə iclas keçirildi ki, müzakirə olunan məsələlərdən biri də əvəzetmələrin sayının 3-dən 5-ə qaldırılması idi. Bununla bağlı nə deyə bilərsiz?
- İclasda nələrin yaşandığını tam dəqiq bilmirəm. Amma əvəzetmə qərarı FİFA-nın klublara tövsiyəsidi. Düşünürəm ki, düzgün qərardı. Çünki futbolçular artıq iki aydı oynamırlar, məşq etmirlər. Qarşılaşmalara hazırlıq, zədəyə davamlılıq istənilən səviyyədə olmur. Lazımi tempi saxlamaq, futbolçuların gücünü qorumaq üçün bir-birini əvəz etməsi, dəyişiklilərin sayının artırılması düzgün qərardı. Əzələlər tam hazır olmadığına görə futbolçular daha tez zədələnə bilər.

- Çempionatın taleyi hələ də müəyyənləşməyib...
- Bərpa məsələsi belədi ki, dövlət hələ icazə vermir. Ölkəmizdə koronavirusa yoluxma sayı hər gün dəyişir. Hər bir insanın sağlamlığı daha vacibdi. Bu barədə Prezident də öz fikrini bildirib. Sağlamlıq olandan sonra hər şey qaydasına düşəcək.

- Bəs siz premyer-liqanın bərpa olunması ehtimalını necə dəyərləndirirsiz?
- Bu, bizdən asılı deyil. Şükür ki, ölkəmizdə ölüm halları daha azdı. Çempionatın başlaması dövlətin qərarlarından asılıdı. Virusun ölkədə ikinci dəfə yayılmasının qarşısını almalıyıq. Buna görə də qanunlara əməl etməliyik. Bunlar şərtdi. Bunlar olsa, çempionat da qısa zamanda başlayacaq.

- Fasilənin yaranması, çempionat bərpa olunacağı halda oyunların sıx qrafik üzrə keçirilməsi avrokuboklarda iştirak edəcək komandalara nə dərəcədə təsir göstərə bilər?
- Təsiri olacaq, buna söz yox. Çünki hələ bilinmir ki, çempionat nə vaxt başlayacaq. Başlasa da, təqvim dəyişəcək. Ola bilər ki, iki-üç gündən bir oyunlar keçirilsin. Futbolda heç kim bu rejimdə oynamayıb, əsasən də Azərbaycan klubları. Təsiri mütləq olacaq. Amma əsas odu ki, cansağlığı olsun. Koronavirus bəlası bitsin, onda qalan işləri qısa zamanda görə bilərik. Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər. Əsas da futbolçular məşqlərini davam etdirməlidi. Klub rəhbərlərinin futbolçularla görüşüb-görüşmədiyini bilmirəm. Görüşməsələr də, onlayn şəkildə danışıb, onları başa salmalı, buna hazırlamalıdılar. İndiki halda futbolçunun özündən də çox şey asılıdı. Onun fiziki durumu çox vacibdi.

- Koronavirusun ölkə futboluna ümumi təsirini necə dəyərləndirirsiz?
- Pandemiyanın bütün dünyaya təsiri böyükdü. Təkcə futbolda yox, başqa sahələrdə də. Dünya iqtisadiyyatı aşağı düşüb. Nələr olacağını irəlidə görəcəyik. Təki sağlıq olsun (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!