Qızların sevimlisi olan Kardaş Azərbaycan klubuna gəlmədi

7 Aprel 2020 16:28 Premyerliqa 1 461
Qızların sevimlisi olan Kardaş Azərbaycan klubuna gəlmədi

"30 yaşımdan sonra futbolu başqa cür qəbul edirdim. Artıq ailəmi dolandırmaq barədə düşünməli idim. "Dinamo"dan sonra istənilən kluba keçid fərqli qəbul olunacaqdı".

Sportinfo.az xəbər verir ki, bunu Ukrayna millisinin sabiq futbolçusu Vasili Kardaş deyib.

Kardaş 1996-2001-ci illərdə Ukrayna millisinin heyətində 14 oyun keçirib. Kiyev "Dinamo"sundakı çıxışı ilə tanınan 47 yaşlı keçmiş yarımmüdafiəçi karyerası barədə geniş müsahibə verib.

Kardaş 2007-ci ildə son klubu "Zakarpatye"də olarkən Azərbaycandan təklif aldığını söyləyib. O, təklifdən imtina etməsinin səbəbini də izah edib: "Artıq 34 yaşım var idi, fiziki cəhətdən mənə çətin idi.

"Zakarpatye"də olarkən Qazaxıstan və Azərbaycandan təklif aldım. Ancaq yaşamaq üçün mübarizə aparan komandalara yollanmağa hazır deyildim.

Çünki o vaxta qədər həmişə yüksək yerlər uğrunda mübarizə aparan komandalarda oynamağa öyrəşmişdim. Bu üzdən həmin il "Zakarpatye"dən ayrılaraq karyeramı bitirdim".

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!